12 C
Baku
Monday, November 25, 2024

Pareto Optimalı

Pareto Optimalı (Pareto – səmərəli bölüşdürülmə) (Pareto Optimum) – bir cəmiyyətin hal-hazırda mövcud resurslardan və texnologiyalardan ən yüksək səviyyədə istismar etdiyi iqtisadi vəziyyətdir. Həmçinin burada hər hansı bir bazar iştirakçısı digərlərinin vəziyyətini pisləşdirmədən öz payını artırmaq iqtidarında deyil. Pareto optimalında cəmiyyət imkan-səmərəliklik sərhəddində yerləşir.

Qeyd etmək lazımdır ki, “görünməz əl” ideyası 1776-cı ildə Adam Smit tərəfindən təklif olunmuşdur. Lakin daha sonralar italiyan iqtisadiyyatçısı, effektiv bölgünün meyarını müəyyən edən Vilfred Pareto tərəfindən təkmilləşdirilmişdir.

Pareto Optimalına əsasən digərlərinə heç bir zərər yetirmədən bazar iştirakçılarının birinin öz vəziyyətini yaxşılaşdırmaq imkanı varsa onda bu optimal, yəni effektiv deyildir.

Son xəbərlər
Digər xəbərlər