2 C
Baku
Saturday, December 14, 2024

Pareto prinsipi: optimallaşdırmanın daha bir imkanı

Pareto qanunu haqda yəqin ki, əksəriyyətiniz eşitmişiniz. Azdan çoxdan xəbəriniz var. İtalyan iqtisadçı Vilfredo Pareto müəyyən etdi ki, göstərilən səylərin yalnız 20%-i 80%-lik nəticə verdiyi halda, 80%-lik səy isə 20%-lik nəticəyə səbəb olur. Bu gün biz bu qanunun necə ortaya çıxdığını müəyyən etmək üçün tarixi faktlara üz tutacağıq. Bundan sonra onun müasir menecmentə təsirini aydınlaşdırmağa çalışacağıq.

Tarixə qısa nəzər salaq

Vilfredo Pareto 1848-ci il 15 iyulda Parisdə dünyaya göz açmışdır. O italyan alimi hesab olunsa da, Fransada anadan olmuşdur. Məsələ burasındadır ki, onun atası italyan markizi Vilfredo öz siyasi baxışlarına görə Fransaya miqrasiya etmişdir. Onun anası fransız idi, ona görə də Paretonun hər iki dili – həm fransız, həm də italyan dillərini uşaqlıqdan bilməsində təəccüblü heç nə yoxdur. Artıq 10 yaşında Pareto valideynləri ilə birlikdə atasının vətəninə getdi. İtaliyada Vilfredo texniki və humanitar biliklərin vəhdətindən ibarət ən yaxşı təhsili ala bilmişdir. Maraqlıdır ki, Pareto öz dissertasiyasında müvazinət mövzusuna toxunmuşdur. Başqa sözlə, bu mövzu onu gənc vaxtlarından maraqlandırırdı.

90-cı illərdə Vilfredo Paretonun riyazi və iqtisadi sahə üzrə bir neçə elmi işi dərc olundu. Elə həmin zamanlardan Pareto müəyyən etdi ki, İtaliyada (bəzi məlumatlara görə söhbət İngiltərədən gedir) ev təsərrüfatlarının təkcə 20%-i bütün gəlirin 80%-i əldə edir (daha sonra digər ölkələri araşdıran Pareto eynilə bu göstəricini əldə etmiş oldu).

Bu tədqiqat başlanğıc oldu. Buna baxmayaraq, Vilfredo onun adını daşıyan qanunun müəllifi olmadı. Faktiki olaraq, Paretonun prinsipinə daha sonradan diqqət yetirdilər (hazırda bizim bildiyimiz formada). Bu, Cozef Duran tərəfindən 1941-ci ildə təklif olundu. Elə Cozefin özü bu qanunu Pareto prinsipi kimi adlandırdı (bundan əlavə, 20/80 prinsipinin öyrənilməsində “20/80 Prinsipi: daha az səy göstərməklə böyük nailiyyətlərin əldə olunmasının sirri” kitabının müəllifi ingilis Riçard Koxun da böyük əməyi var).

Maraqlıdır ki, Paretonun özünün tədqiqatı (kapitalın əksəriyyətinə sahib olan insanların faiz nisbəti) həmin dövr üçün inqilabi səciyyə daşıyırdı. Hesab olunur ki, o ilk iqtisadçı idi ki, bu məsələyə fikir vermişdi. Pareto öz tədqiqatını qanun halına salmasa da, bu prinsipin kəşf olunmasında onun rolunu qiymətləndirməmək olmaz. O, bu fəaliyyətin bünövrəsini qoymuşdur.

40-cı illərin sonu-50-ci illərin əvvəlində Pareto ideyasını dəstəkləyən digər alimlərin prinsipləri yaranmağa başladı. Bu alimlərdən biri Harvard universitetinin filologiya üzrə professoru Corc K. Zilf idi. Mahiyyət etibarilə, o yenidən Pareto qanuna diqqəti cəlb etdi. Zilf iddia edirdi ki, bütün resurslar elə təşkil olunur ki, sərf olunan əməyin 20-30%-i 70-80%-lik nəticə verir. Bu zaman söhbət vaxt, insan, bilik və s. kimi resursların özünü təşkilindən gedirdi.

Daha sonralar isə ABŞ-da ilk öncə qəbul olunmayan, lakin sonradan məşhurlaşan İosif Mozes Yuranın qaydaları meydana çıxdı (Yuran rumin kökləri olan amerikalı mühəndis idi). Yuran Yaponiyaya getməyə məcbur oldu, elə orada da onun prinsipləri tətbiq edildi. Həyatqabiliyyətliliyini sübut edən prinsiplər ABŞ-da da maraqla qarşılanmağa başladı.

Pareto prinsipinin mahiyyəti

Pareto prinsipi bir çox şeyi sübut etdi. Məsələn, bu prinsipin əsas açılışların biri bu idi, o bəşəriyyətə sübut edə bildi ki, nəticəyə təsir edən vacib amillər elə də çox deyil və elə ikinci dərəcəli amillər var ki, onlar nəticəyə heç bir təsir göstərmir, sadəcə vaxt itkisinə səbəb olurlar.

Məqsədə çatmaq üçün göstərilən səylərin əksər hissəsinin onun reallaşmasına heç bir təsir etmədiyi müəyyən olundu (yeri gəlmişkən özünüzü məşhur biznesmenlər olan Stiv Cobs və Riçard Brenson ilə müqayisə etməyin yeridir – yəqin ki, indi bundan sonra aydındır ki, siz əsl əməksevər olaraq, niyə bu vaxta qədər bu insanlar kimi varlı ola bilməmisiniz – söhbət təkcə göstərilən səylərdən getmir). Bu qanuna görə atılan addımların əksər hissəsi heç də nəticəyə yaxınlaşdırmır, sadəcə səmərəsiz vaxt itkisidir.

İndi isə diqqət: heç də həmişə sərf edilmiş vəsaitlərin 50%-i sizə 50%-lik nəticə verməyəcək. Mən indi 80% və ya 20%-dən danışmıram – təbii ki, bu rəqəmlər özünü həmişə doğrultmur. O sadəcə olaraq, sərf edilmiş əməklə əldə edilmiş nəticə arasındakı qarşılıqlı əlaqəni ehtiva edir. Pareto prinsipinin mahiyyətinin dərk olunması istənilən mühəndisə onu işində kömək edə bilər, belə ki, siz çox yaxşı başa düşəcəksiniz ki, heç də həmişə daha çox resurs sərf etməklə daha yüksək nəticələrə nail olmaq mümkün deyil. Hərdən nəticəyə daha da yaxınlaşdıran şeyi tapmaq tələb olunur.

Ümumilikdə başa düşmək lazımdır ki, Pareto prinsipi – qanun deyil. O həmişə işləmir. Sadəcə nəzərə almaq lazımdır ki, hər hansı isə bir məqsəddə nail olmaq üçün ona təsir edən bütün amilləri eyni dərəcədə qiymətləndirmək olmaz.

Son xəbərlər
Digər xəbərlər