19 C
Baku
Friday, October 11, 2024

Parfümeriyadan ilk istifadə

İlk dəfə parfumeriyadan Qədim Misirdə istifadə olunmağa başlanılıb. Onunla bağlı ilk xatırlatmalar qədim Tanrılar və qurban təqdim etmək mərasimləri ilə əlaqəli idi. Şayiələrə görə isə parfumeriyadan İncil dövründə istifadə olunub. İncildə ətirli yağlardan istifadə ilə bağlı bir neçə xatırlatma mövcuddur.

Bu gün isə “parfüm” deyə istifadə etdiyimiz termin latin dilində “per fumum” yəni, tüstüdən sözündən yaranıb. Parfumeriya, yaxud ətir yaratmaq incəsənətinə hələ Mesopotamiya və Misirdə başlanılmış və daha sonradan Qədim Roma və İranda inkişaf etdirilmişdir.

Həmçinin Hindistanda da keçmiş dövrlərdən başlayaraq ətirlərdən istifadə edilməyə başlanılıb. Bu zaman burada istifadə edilən ətirlərin böyük bir hissəsi tüstülərə əsaslanırdı. Efir yağının ən erkən distillə edilməsinə dair məlumatlar isə eramızdan əvvəl 7-ci əsrdə Şimali Hindistanda yazılmış “Xarşaçarita”-da xatırlanır. Qartal ağacından ətirli yağın alınması da məhz burada təsvir edilir.

Unutmayaq ki, hazırda ətir biznesi ilə məşğul olmaq iqtisadiyyatda müəyyən rola sahibdir.

Son xəbərlər
Digər xəbərlər