6 C
Baku
Saturday, December 14, 2024

Paris Londonu keçərək Avropanın ən böyük fond bazarı olub

Paris Londonu keçərək Avropanın ən böyük fond bazarı olub. “Bloomberg” agentliyinin hesablamalarına görə, bu birjalarda ticarət edilən şirkətlərin səhmlərinin ümumi dəyəri Fransa fond bazarı üçün 2.823 trilyon dollar, Böyük Britaniya üçün isə 2.821 trilyon dollar təşkil edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bu, digər şeylərlə yanaşı, Çində koronavirus məhdudiyyətlərinin aradan qaldırılması qarşısında yüksələn “LVMH” və “Gucci” kimi fransız lüks mal istehsalçılarının səhmlərinin son artımı ilə əlaqədardır. Buna həm də ilin əvvəlindən funt sterlinqin dollara nisbətdə 13%, avronun dollara nisbətdə isə cəmi 9% ucuzlaşması da şərait yaradıb.

Böyük və uzunmüddətli tendensiyalar baxımından Britaniya fond bazarına 2016-cı ilki “Brexit” də təsir göstərib.

Son xəbərlər
Digər xəbərlər