6 C
Baku
Sunday, December 15, 2024

“Paris xətası” nədir?

“Paris xətası” adını almış qəribə hadisə Fransanın paytaxtı Parisdə 1902-ci ilin 29-dan 30-na keçən gecə qeydə alınmışdı. Şəhərin bir çox yerində 00:05 dəqiqədə eyni anda kəfgirli divar saatları dayandı.

Yerli qəzetlərdən birinin yazdığına əsasən, bu hadisə ilə eyni anda bir çox insan ürək bulanması, baş gicəllənməsi hiss etmiş və hətta huşlarını itirmişlər. Paris mərkəzi metereoloji stansiyasının direktorunun verdiyi məlumata görə, yuxarıda adı çəkilən hadisəyə səbəb olacaq heç bir atmosfer anomaliyası qeydə alınmamışdır.

Seysmoqraflar isə heç bir yeraltı təkan müşahidə etməmişlər. Maraqlıdır ki, hadisə zamanı yalnızca kəfgirli saatlar dayanmışdır və prujinli saatlar “Paris xətasında” belə desək iştirak etməmişlər. Ola bilsin ki, qeyri-adi hadisənin cavabı da məhz bunda gizlənib.

Son xəbərlər
Digər xəbərlər