10 C
Baku
Thursday, December 12, 2024

Parisdə Londonu tərk edən banklar üçün 7 yeni göydələn inşa ediləcək

Banker.az saytının verdiyi məlumata görə, Parisin işgüzar qəsəbəsi hesab edilən La Defense-da növbəti 5 il ərzində yeddi yeni göydələn inşa ediləcək. Paris rəhbərliyi güman edir ki, yeni binalar Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ilə ölkəni tərk etməyə qərar verən banklar üçün yeni “ev” olacaq.

La Defense Aİ ərazisində yeni baş qərargahlar axtarmağa başlayacaq bir sıra nəhəng şirkətlərin diqqətini cəlb etməyə ümid edir.

Yeddi yeni göydələn işgüzar mərkəzdə ümumi ərazisi 375 min kvadrat metr olan ofis məkanı təqdim edəcək.

Beləliklə, Paris öz gələcəyini Londonda görməyən şirkətlərə ipucu verir.

Fevral ayında Paris məmurları Londonda 80 şirkət rəhbəri ilə Brexit halında onların atacağı addımlar ilə bağlı müzakirələr aparıb.

Son xəbərlər
Digər xəbərlər