9 C
Baku
Sunday, November 17, 2024

Parisdə metro stansiyaları işini dayandırıb

Fransanın paytaxtı Parisdə metro, demək olar ki, işləmir.

Buna səbəb Paris və onun ətraf ərazilərində sərnişin daşınması ilə məşğul olan “RATP” şirkətinin əməkdaşlarının kütləvi olaraq tətil elan etməsi olub.

Belə ki, şirkət əməkdaşları öz iş şərtlərindən narazı olduqlarını bildiriblər. Onlar əməkhaqlarının artırılmasını və iş yüklərinin azaldılması üçün işə yeni əməkdaşların götürülməsini tələb edirlər.

Hazırda Parisdə 7 metro xətti bağlıdır, digərlərində isə səhər və axşam pik saatlarda qatarlar sərnişin daşınması ilə məşğul olur.

Bildirilir ki, yerüstü nəqliyyat işçiləri də tətilə qoşulub. Bununla əlaqədar olaraq, bu gün xəttə çıxmalı olan avtobusların sayı üçdə bir azaldılıb.

Tətil səbəbindən paytaxt sakinləri şəxsi avtomobildən istifadə etdiyinə görə şəhərdə uzun tıxaclar yaranıb.

Son xəbərlər
Digər xəbərlər