9 C
Baku
Friday, December 13, 2024

Parisdə Ukrayna və Fransa arasında birgə bəyannamə imzalanıb

Parisdə Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa lideri Emmanuel Makron birgə bəyannamə imzalayıblar.

Bu barədə Ukrayna Prezidentinin Ofisinin mətbuat xidməti məlumat yayıb.

Bəyannamənin əsas müddəalarından biri ondan ibarətdir ki, Rusiya qoşunları qeyd-şərtsiz Ukraynadan çıxarılmalıdır. Rusiya Silahlı Qüvvələri tərəfindən nəzarət olunan Zaporojye Atom Elektrik Stansiyasının (AES) azad olunması xüsusilə qeyd olunub.

Fransa hökuməti bəyannamədə bildirib ki, lazım olduğu müddət ərzində Ukraynaya hərbi dəstək verəcək və yeni hərbi yardım paketləri hazırlanır. Yaxın həftələrdə Fransa bir neçə batalyonu, “AMX-10RC” zirehli döyüş maşınları da daxil olmaqla, onlarla zirehli texnika və yüngül tanklarla təchiz edəcək.

Bundan əlavə, Fransa Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılması üçün səylərini davam etdirəcək.

Bəyannamədə qeyd olunduğu kimi, Fransa Ukraynanın sülh formulunu dəstəkləyir. Yaxın aylarda qlobal sülh sammiti çağırılacaq və sammit Ukraynanın sülh formulunun müddəaları və təklifləri əsasında keçiriləcək.

Ukraynanın NATO-ya daxil olması məsələsinə toxunulub. Fransa Buxarest Bəyannaməsinə uyğun olaraq Ukraynanın Alyansa qoşulmasına kömək etmək üçün davamlı əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi platforması kimi NATO-Ukrayna Komissiyasının fəaliyyətini tam şəkildə dəstəkləyir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər