3 C
Baku
Thursday, February 29, 2024

Parkinson qanunu: pozmalı olduğumuz maliyyə qanunu

Parkinson qanunu – (Britaniya dövlət müəssisələrinin iş təcrübəsi əsasında formalaşdırılmış satirik qanun) pullarla davranış zamanı istifadə olunan ən məşhur və vacib qanunlardan biridir. Qanun ingilis yazıçı Nortkot Parkinson tərəfindən yaradılıb və burada əksər insanların nəyə görə həyatlarının sonuna qədər yoxsul olaraq qaldıqları izah olunur.

Qanunun fəaliyyət prinsipi:

Qanuna əsasən, insanın nə qədər çox pul qazanmasından asılı olmayaraq, onlar bütün pullaını və hətta ondan artığını xərcləyə bilmək tendensiyasına sahibdirlər. Onların xərcləri gəlirləri ilə birgə artır. Bir çox insan zamanla karyeralarının əvvəlində olduğundan daha çox pul qazanmağa başlayır. Lakin buna baxmayaraq, yenə də özlərini dolandırmaq üçün qazandığı hər qəpiyə ehtiyac duyur. Onların nə qədər çox qazanmasından asılı olmayaraq, qazanılan məbləğ heç vaxt kifayət etməyəcək.

Qanundan çıxara biləcəyimiz ilk nəticə bundan ibarətdir: “Parkinson qanunu pozulduqda maliyyə müstəqilliyinə nail olmaq mümkündür”. Bu qanun əksər insanların düşdüyü tələni göstərir. Burada əsas səbəb borcların yaranması, pullara və maliyyə ilə bağlı xoşagəlməzliklərə qarşı narahatlıq hissidir. Daxilinizdəki qazandığınız bütün məbləği xərcləməyə dəvət edən səsi boğmağı bacardığınız an əksər insanlardan fərqlənərək pula qənaət etməyə başlayacaqsınız.

Qanundan çıxara biləcəyimiz ikinci nəticə belədir: “Xərclərinizin gəlirlərinizə nisbətən ləng şəkildə artmasına nail olduqda, pullarınızı topladıqda və aradakı fərq məbləğini investisiya olaraq hər hansı bir sahəyə yatırdıqda maddi cəhətdən müstəqillik əldə etmiş olacaqsınız”. Ən vacib məsələ də məhz budur. Şüuraltı olaraq Parkinson qanununu qozaraq son nəticədə maddi müstəqillik qazanmış olacaqsınız.

Bu qanundan dərhal olaraq istifadə etmək üçün iki üsul vardır. Birincisi, təsəvvür edin ki, maliyyə vəziyyətiniz iflasa yaxındır və vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən tədbirlər görməlisiniz. Bütün mühüm olmayan xərcləri məhdudlaşdırın. Ay ərzində daimi, qaçınılmaz olan xərclərdə də qənaət etməyə çalışın. Xərclərinizin hər birini diqqətlə təhlil edin. Qənaət etmək üçün vasitələr axtarın. Növbəti üç ay ərzində bütün xərclərinizi minimum 10% azaltmağı qarşınıza məqsəd qoyun.

İkincisi isə, istənilən mənbədən əldə etdiyiniz gəlirin 50%-ni ayırmaq və onları investisiya məqsədilə istifadə etmək qaydasından istifadə edin. Geri qalan 50%-lə yaşamağı öyrənin. Bunu fəal həyatınızın bütün mərhələlərində bacardığınız qədər sınaqdan keçirməkdə fayda var.

Son xəbərlər
Digər xəbərlər