9 C
Baku
Sunday, November 17, 2024

Parklarda monitorinqlər aparılıb – Nəticələr açıqlandı

Bərdə, Tərtər və Ağdam rayonlarında yerləşən 37 ha park və yaşıllıqlarda monitorinqlər keçirib. Monitorinqlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aparılıb.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər nəticəsində Bərdə Mərkəzi Parkında 1,4 ha sahədə karantin tətbiq edilən zərərverici – Yaponiya yalançı qalxanlı mumlu yastıcası (Ceroplastes japonicus) ilə zəif, 0.3 hektarda isə yüksək sirayətlənmə aşkar olunub.

Aşkar edilmiş halla bağlı karantin tətbiq edilən zərərvericilərlə yüksək sirayətlənmə müşahidə olunan ərazidə təcili kimyəvi mübarizə tədbirlərinin aparılması üçün müvafiq quruma müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər