13 C
Baku
Tuesday, October 22, 2024

“Parkovşik” 5 mln. funt pul qazanıb yoxa çıxdı

İngiltərənin Bristol şəhərində yerləşən zooparkın 150 avtomobil və 8 avtobusluq dayanacağı var idi və 25 il idi ki, bu dayanacaqda avtomobillərdən parkinq haqqını xoş simalı bir şəxs alardı. Burada avtomobillər üçün parkinq haqqı 1,40 funt, avtobuslar üçün isə 7 funt idi. 

Bir dəfə, 25 ildən sonra dayanacağa nəzarət edən bu şəxs işə gəlmədikdə rəhbərlik şəhər bələdiyyəsinə müraciət edir və onun yerinə başqa bir nəzarətçi göndərmələrini xahiş edir. Lakin bələdiyyədən bildirirlər ki, dayanacaq zooparkın mülkü hesab edilir və bələdiyyə öz işçilərindən heç kəsi göndərə bilməz. Burada belə aydın olur ki, 25 ildir dayanacaqda işləyən şəxs nə bələdiyyənin, nə də zooparkın öz işçisi olmayıb.

Belə görünür ki, şəxsiyyəti müəyyən olmayan həmin şəxs ya anlaşılmazlıq səbəbindən burada işləməyə başlayıb, ya da bu onun mükəmməl planı olub. O hər gün işə gəlir, məsuliyyətliliyi ilə seçilirdi və həmin intizamla da parkinq haqlarını toplayırdı.

Onun burada işlədiyi illər ərzində toplaya biləcəyi məbləğ 5 milyon funtdan çoxdur. Onun kim və harada olduğu isə hələ də müəyyən edilməmişdir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.