11 C
Baku
Sunday, December 8, 2024

Parlamentə ünvanlı sosial yardıma dair qanun layihələri təqdim edildi

“Yoxsulluq həddi artıq ehtiyac meyarına yox, yaşayış minimumuna uyğun şəkildə ölçülməlidir”.

Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, artıq bununla bağlı iki qanun layihəsi hazırlayıb oktyabrın 18-də Milli Məclisin Aparatına təqdim ediblər: “Həmin qanun layihələri qəbul edilsə, büdcə zərfinə böyük dəstək olar. Çox yaxşı haldır ki, 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşib.

Azərbaycan Respublikasında qanunvericiliyə uyğun olaraq, “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında ünvanlı sosial yardım haqqında” qanunlarına dəyişiklik edilməsi barədə 2 qanun layihəsi hazırlamışıq. Hesab edirəm ki, bu prosedur qanun layihəsi qəbul olunsa, 2023-cü ilin büdcə zərfinə Milli Məclisin töhfəsi olardı. Yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşibsə, iki qanun sənədində uyğunlaşdırmaların aparılması mühümdür. Aztəminatlı ailələrin də yaşayış minimumundan çıxış etməklə ölçülməsi üçün hüquqi baza yaratmış olarıq”.

Son xəbərlər
Digər xəbərlər