20 C
Baku
Bazar ertəsi, May 23, 2022

Parlament audiovizual media fəaliyyəti ilə bağlı yeni dövlət rüsumlarını qəbul edib

Milli Məclis Azərbaycanda audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumlarını III oxunuşda qəbul edib.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2 500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2 500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1 500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1 500 manat, universal platforma operatoru üçün 2 500 manat, multipleks operatoru üçün 2 500 manat olması təklif edilir.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər
Oxşar xəbərlər