Milli Məclis Azərbaycanla Ruanda arasında imzalanan sazişi ratifikasiya edib.
Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş’’in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.