Parlament komitələri ötən ilin büdcəsinin icrası haqqında qanun layihəsini müzakirə edəcək

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub.

APA-nın məlumatına görə, sənəd mayın 25-də parlament komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq.

Layihə komitə üzvləri tərəfindən tövsiyələr verildikdən sonra sənəd mayın 31-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, ötən gün Hesablama Palatasının kollegiya iclasında qurum dövlət büdcəsinin icrasına dair illik hesabata geniş rəy verib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər