26 C
Baku
Sunday, June 30, 2024

Parlament və Atatürk prospektlərində bu avtobusların hərəkəti məhdudlaşdırılır

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar bu gündən 30 iyun saat 06:00-dək Parlament prospekti və Atatürk prospektlinin “Gənclik” metrostansiyası istiqamətindəki yolunda nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Banker.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata əsasən, Parlament prospektinə daxil olan 3, 18, 39 və 205 nömrəli müntəzəm avtobus marşrutları alternativ olaraq Mikayıl Müşfiq və Mehdi Hüseyn küçələri, Atatürk prospektinə daxil olan 3, 7A, 7B, 9, 26, 33, 67, 85, 93, 199, 202 və 211 nömrəli müntəzəm avtobus marşrutları isə alternativ olaraq Azadlıq prospekti, Ağasadıq Gəraybəyli, Həsən Əliyev, Əhməd Rəcəbli, Fətəli xan Xoyski, İbrahimpaşa Dadaşov küçələri ilə fəaliyyət göstərəcək.

Son xəbərlər
Digər xəbərlər