11 C
Baku
Sunday, November 17, 2024

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məcəllənin parlamentdə qəbulunun ölkə iqtisadiyyatının inkişafına, biznes mühitinin əlverişliliyinin artırılmasına göstərə biləcəyi təsir nəzərə alınaraq, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə sentyabrın 26-da parlamentdə sənədin ictimai dinləməsi keçiriləcək.

Dinləmədə Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri, digər millət vəkilləri, İqtisadiyyat Nazirliyinin əlaqədar vəzifəli şəxsləri, sahibkarlar assosiasiyalarının, ticarət palatalarının, QHT-lərin təmsilçiləri, ekspertlər və mütəxəssislər iştirak edəcəklər.

Son xəbərlər
Digər xəbərlər