Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sığorta şirkətlərinin sığorta hadisələri zamanı pul ödəməkdən yayındıqlarını bildirib.
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Z.Səmədzadə deyib ki, təbii fəlakətlər zamanı dəyən ziyanı ancaq dövlət ödəyib.
Komitə sədri bunun səbəbini də açıqlayıb: “Sığorta sistemində kifayət qədər arxayınçılıq var. Sığorta bazarını formalaşdıran şirkətlər həmişə riskli məsələlərdən yayınırlar. Pulları yığırlar, amma sığorta hadisəsində pulların verilməsində çoxlu sayda çətinliklər olur. Ona görə sığorta bazarı, sığorta qanunvericiliyində dəyişikliklərə nail olmalıyıq ki, dövlətin də yükü azalsın. Prezident sağ olsun, Ağsu, Şamaxı və İsmayıllıda zəlzələ zamanı əhaliyə dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verdi. Son 10-15 il ərzində təbii fəlakətlər nəticəsində Azərbaycana nə qədər ziyan dəyibsə, bu ziyanı dövlət ödəyib. Bəs sığorta şirkətləri?”
©Ona.az