27 C
Baku
Saturday, June 29, 2024

Parlamentin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum oldu

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

2021-ci ildə isə fevralın 1-i bazar ertəsinə düşdüyündən parlamentin yaz sessiyasının ilk plenar iclası məhz həmin tarixdə keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər