13 C
Baku
Wednesday, November 26, 2025

Partizan Marketinqinin üç parlaq nümunəsi

1. Qapılara gözcüklərdən nisbətən aşağıya yapışdırılan stikerlərin istifadə olunması

Belə bir partizan marketinqi gedişi Almaniyanın minlərlə sakininə qarşı istifadə olunur: onların qapılarının gözcüyünə məşhur model Eva Padberq yaxınlaşır və Otto kataloqunu təklif edir. Özü də xanım Eva heç də konservativ geyinmir.

2. Sitronics kompaniyası və «life placement» gedişi (yalandan “xoşbəxt” bir alıcının uydurulması ilə məhsulun süni şəkildə populyarlığının yaradılması).

Aksiyanın mahiyyəti ondadır ki, əhalinin sıx müşahidə olunduğu metro stansiyalarında Sitronics texnikasını qutularda daşıyan insanlar görünməyə başlayır.

Aksiyanı iştirakçıları bəzən “təsadüfü şəkildə” öz tanışlarına rast gəlir və etdikləri uğurlu alış-verişi səs-küylü şəkildə müzakirə edirdilər. Bundan əlavə onlar kompaniyanın öz yeni məhsullarını satmağaı planlaşdırdığı hər hansı bir dükana öz satış təmsilçilərini göndərməkdən öncə, həmin dükana “saxta” alıcıların zəngini təşkil edirdi. Müştərilər zəng edib dükandan, orada Sitronics texnikasının satılıb-satılmaması ilə maraqlanırdı. Aksiyadan əvvəl brendin tanınma səviyyəsi 26,5% olduğu halda, aksiya bitəndən sonra göstərici 44%-ə yüksəlir.

3. Kanadan olan Rethink reklam agentliyi Scotchshield şüşələri üçün qoruyucu plyonkalarından ötrü partizan reklam kampaniyasını işə salıb. Şəhərdə üç şəffaf “seyf” quraşdırılıb və onlar üzərində zirehli Scotchshield plyonka örtüyü çəkilib. Hər vitrində 1 milyon dollar var idi və şüşələrin üzərində yazılmışdı: “Qeyri adi dərəcədə möhkəm şüşə reklamı”. Pullar həqiqidir, kim sındırsa, o da aparsın”.

Qeyri standart yanaşma həm peşəkar reklamçıları, həm də adi insanları olduqca heyrətləndirmişdi, əgər reklamçıların ideyanın dahiyanə olduğuna heyran idilərsə, insanlar pulu hansı üsulla çıxara biləcəklərini müzakirə edir, bu da reklamı populyarlaşdırırdı.

Şüşəyə yalnız əl və ayaqla çırpmaq olardı, hər hansı bir xüsusi alət, texnika və silahdan istifadəyə icazə verilmirdi. Qaydalara riayət edilməsinə isə küçənin digər tərəfində dayanan diqqətcil mühafizə işçiləri nəzarət edirdi.

Bir çoxları bu pulları çıxarmağa çalışıb, amma şüşələr zədələnməmiş qalıb.

Nəticədə reklam kələyi sifarişçiyə cəmi 6 min USD-yə başa gəlib və olduqca uğurlu reklam kimi yadda qalıb: bu reklam bir çox KİV-də yayımlanıb, həmin stendin fotosunu isə bu gün reklam, PR və marketinqlə bağlı bir çox internet resusrsunda və şəbəkələrdə görmək olar.

Son xəbərlər
Digər xəbərlər