Tehran Fond Birjasında ticarət İran paytaxtında partlayışlar barədə xəbərlərdən sonra dayandırılıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Birjada əməliyyatlar yerli vaxtla saat 09:45-də dayandırılıb.
İran KİV-in məlumatına görə, Tehrandan başqa, İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərlərində də partlayış səsləri eşidilir.






