24 C
Baku
Friday, September 27, 2024

Partnyor yoxsa dost?

Günlərin bir günü bir biznesmən hörmət etdiyi və ustadı olan bir ağsaqqalın yanına gəlir və ona öz dərdini danışır:

– Ustad, mən çıxılmaz bir vəziyyətdəyəm, bəlkə də həyatımın ən vacib seçimini etməliyəm.

Məsələ bundadır ki, mən yeni bir müəssisə təsis edirəm, lakin bu müəssisəni dostumla yoxsa partnyorumla təsis edəcəyim haqqında qərar verə bilmirəm. Dostumla mən uşaqlıqdan dostluq edirəm, partnyorumla isə iki il ərzində uğurlu iş aparıram.

Ağsaqqal ona belə cavab verdi:

– Bu seçim sənin müəssisəsədən nə gözlədiyinlə əlaqədərdir. Əgər sən uğura nail olmaq istəyirsənsə, partnyorunu seç. Yox, əgər, əyləncə və zövq xətrinə müəssisə təsis edirsənsə, dostunu seç.

 “Biznesə əsaslanmış dostluq daha möhkəmdir, nəinki dostluğa əsaslanmış biznes”.

Son xəbərlər
Digər xəbərlər