-1 C
Baku
Sunday, December 15, 2024

Partnyorlarla iş şöbəsinə mütəxəssis – Bank Respublika ASC

“Bank Respublika” ASC “Partnyorlarla iş şöbəsinə mütəxəssis” vəzifəsinə (3 vakant yer) xanım namizədlər üçün vakansiya elan edir.

Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Potensial partnyor şirkətlərin araşdırılması və onlarla əlaqələrin qurulması;
• Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
• Əməkdaşlıq üzrə sənədləşmənin həyata keçirilməsi;
• Partnyor şəbəkəsi üzrə statistik analizlərin aparılması və hesabatların hazırlanması;
• Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi və kampaniyaların həyata keçirilməsi;
• Bank filial və əlaqədar strukturlarının yeniliklər barədə məlumatlandırılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
• Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarığı;
• Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığı;
• Satış bacarığı və qərarvermə qabiliyyəti;
• Komanda tərkibində operativ işləmək bacarığı;
• MS Office (Word, Excel) proqramları üzrə biliklərin olması.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Partnyorlarla iş şöbəsinə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər