12 C
Baku
Sunday, October 27, 2024

“PAŞA Bank” ₼2.4 mlrd.-lıq bu investisiya portfelindən ₼54 mln. manat gəlir əldə edib

“PAŞA Bank” ASC 2023-cü ilin ilk yarısında ticarət qiymətli kağızlarına yatırdığı vəsaitin həcmini bir qədər də yüksəlib və bu portfel 2.4 mlrd. manatı keçib.

Banker.az bu barədə bankın rüblük hesabatına istinad edir.

1 iyul 2023-cü il tarixinə bankın aktivlərində 2 mlrd. 433.94 mln. manat həcmində investisiya qiymətli kağızlar olub.

Bu da ilin əvvəli ilə müqayisədə 688.4 mln. manat və ya 39% üzərində artmış olub.

“PAŞA Bank” istiqrazlar üzrə faiz gəlirindən ilk yarımillikdə 53.75 mln. manat faiz gəliri əldə edib. Bu 2022-ci ilin eyni dövründən 64% çoxdur.

Qeyd edək ki, qiymətli kağızlar portfelində 702 mln. manatı 1-6 ay arasında, 570 mln. manatdan yuxarısı isə 5 ildən yuxarını əhatə edir.

Son xəbərlər
Digər xəbərlər