22 C
Baku
Monday, October 7, 2024

PAŞA Bank ən güclü developerlər üçün müsabiqə ®

Artıq ölkəmizin ən güclü developerləri öz güclərini PAŞA Bankın Rəqəmsal Laboratoriyasının təşkil etdiyi müsabiqədə iştirak etməklə sınaya bilərlər.

Müsabiqə HackerRank platforması üzərindən keçirilir. İştirakçilar 5 saatlıq onlayn müsabiqədə bir neçə alqoritm, praktiki və nəzəri suallarla sınağa çəkiləcəklər. Müsabiqə Front-end ve Back-end developerler üçün ayrı-ayrılıqda təqdim olunur.

Diqqət:

-Back-end müsabiqəsində praktiki suallara Java, PHP, Go, C, C++, JavaScript proqramlaşdırma dillərindən istifadə mümkündür;

– Front-end musabiqəsində praktiki suallara JavaScript programlaşdırma dilində yazmaq mümkündür;

-Müsabiqə başladıqdan sonra vaxtı dondurmaq olmur;

– Müsabiqəyə qatılmadan öncə hackerrank.com saytında qeydiyyatdan keçib və müsabiqədən öncə təqdim olunan formada CV-ni yükləmək lazımdır.

 

Back – end müsabiqəsi üçün: https://lnkd.in/dEppAzY

 

Front – end müsabiqəsi üçün: https://lnkd.in/de5Ezgk

 

Müsabiqədə iştirak üçün son müraciət tarixi 8 May 2019-dur. Müsabiqəyə qatılacaq hər kəsə bol uğurlar arzu edirik!

Son xəbərlər
Digər xəbərlər