8 C
Baku
Thursday, March 28, 2024

PAŞA Bank “Ən innovativ banklar” siyahısına daxil edilib

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bank sektoruna yeniliklərin gətirilməsində fəal rol oynadığına görə ötən ilin yekunlarına əsasən MDB və Qafqaz ölkələrində kiçik və orta sahibkarlıq sahəsində “Ən innovativ banklar” siyahısına daxil edilib. Bankın mükafat ilə təltif edilməsi beynəlxalq bank icması “SME Banking Club” tərəfindən Tbilisidə keçirilən V illik beynəlxalq bank konfransı çərçivəsində baş tutmuşdur.

PAŞA Bankın Kiçik və Orta Sahibkarlıq Xidmətləri departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə PAŞA Bankın bu mükafata layiq görülməsi bankımızın SME bankçılığı sahəsinin doğru istiqamət üzrə inkişafının və bu istiqamətdə əldə edilmiş nəticələrin layiqincə qiymətləndirilməsinin təzahürüdür.

“Ötən il ərzində biz bazara təklif etdiyimiz məhsul və xidmətlər çeşidini genişləndirmək, kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını sadələşdirmək və onların maliyyələşdirilməsini iki dəfə artırmaq ilə yanaşı,  bizneslər üçün yeni texnoloji həllər təqdim etdik. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq PAŞA Bank əlverişli həll yolu olan korporativ “Tacir kart” məhsulunu bazara çıxardı, eləcə də hesablaşma-kassa əməliyyatlarında yeni yanaşma olan tarif paketlərini təqdim etdi. Artıq bu gün fərdi sahibkarlar və hüquqi şəxslər innovativ həll sayəsində yalnız 5-10 dəqiqə ərzində onlayn hesab açmaq imkanına sahibdirlər. Kiçik və orta sahibkarlıq sektorunun iqtisadiyyatın inkişafının ən vacib təkanverici qüvvələrindən biri olduğunu dərk edərək bu sektorun xidmət ilə təmin olunması, rahat və innovativ həllərin təmin edilməsi PAŞA Bankın  növbəti illərdə fəaliyyətinin prioritet istiqamətlərindən biridir”, – deyə A. Qolovko bildirib.

Regiondakı aparıcı maliyyə qurumlarının iştirak etdiyi bu tədbirdə “Bankların transformasiyası, rəqəmsal bankçılıq, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, innovasiyalar və marketinq strategiyaları” əsas müzakirə mövzusu olmuşdur. Konfrans əsnasında ekspertlər kiçik və Orta biznesin nümayəndələrinin qarşılaşdığı  problemlər, qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər, fintek şirkətlərin dinamik inkişafı və digər aktual mövzular ətrafında  fikir mübadiləsi apardı.

Son xəbərlər
Digər xəbərlər