12 C
Baku
Saturday, November 23, 2024

“PAŞA Bank” 110 milyon manat xalis mənfəət açıqladı

“PAŞA Bank” ASC 2022-ci ilin ilk doqquz ayında 109.71 milyon manat həcmində xalis mənfəət əldə edib.

Bu barədə Banker.az-ın Bankın rüblük maliyyə hesabatına istinad edir.

Bankın faiz gəlirləri illik müqayisədə 15.2% artımla 223.92 milyon manat olub.

“PAŞA Bank”ın faiz xərclərinin həcmi 39.63 milyon manat, qeyri-faiz gəlirləri 143.91 milyon manat, qeyri-faiz xərcləri 178.31 milyon manat olub.

Bununla da onun əməliyyat mənfəəti 149.89 milyon manat olub, buradan kreditlər üzrə 3.79 milyon manatlıq ehtiyatlara ayırmalar, 36.39 milyon manat mənfəət vergisi ayırıb.

Beləliklə, onun bölüşdürülməmiş mənfəəti 1 oktyabr 2022-ci il tarixinə 249.3 milyon manata yüksəlib.

Bankın aktivlərinin həcmi 7 milyard 606.01 milyon manata yüksəlib. Bu da 19% illik artım deməkdir. Aktivlərinin 2 milyard 667.87 milyon manatı kredit portfelidir.

22222 2222

Son xəbərlər
Digər xəbərlər