“PAŞA Bank” ASC öz səhmdarlarına 2021-ci ildə 50.38 milyon manat dividend ödəyib.
Bu barədə Banker.az Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.
Bank divident ödədikdən sonra bölüşdürülməmiş mənfəətin həcmi 183.91 milyon manat təşkil edib. Bu mənfəətin 93.73 milyon manatı 2021-ci ildən əvvəlki, 90.18 mln. manatı isə 2021-ci ildə əldə edilmiş xalis mənfəətdir.
“PAŞA Bank” ASC-nin 354.51 mln. manat səhm kapitalı vardır. Bu kapitalın da 56.8%-i “PASHA Holding”, 28.2% -i “Ador” Şirkəti, 10.0% – Arif Paşayev və 5.0%-i isə Mir Camal Paşayevə məxsusdur.
Səhmdar | Payları | Dividend bölgüsü, min manat |
PAŞA HOLDİNQ | 57% | 28 616 |
ADORE ŞİRKƏTİ | 28% | 14 207 |
ARİF PAŞAYEV | 10% | 5 038 |
Mir CAMALPAŞAYEV | 5% | 2 519 |