17 C
Baku
Saturday, May 18, 2024

“PAŞA Bank” 2023-cü ilin ilk yarısında ₼97 mln. manat xalis mənfəət əldə edib

“PAŞA Bank” ASC 2023-cü ilin ilk yarısında 97.11 mln. manat həcmində xalis mənfəət əldə edib, bu, 2022-ci ilin eyni dövründə 64.84 mln. manat idi.

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında bildirilir.

Hesabatda bildirilir ki, ikinci ən iri bankın gəlirləri illik müqayisədə 40% artaraq 204.55 mln. manat təşkil edib. Faiz gəlirlərinin artımını əsas dəstəkləyən amil bankın qiymətli kağızlar üzrə faiz gəlirinin illik 64% artaraq 53.75 mln. manata yüksəlməsidir. Müştərilərə verdiyi kreditlərin həcmi 112.37 mln. manat olub.

Bank hesabat müddətində 26.95 mln. manat faiz xərci çəkib, 92.81 mln. manat qeyri-faiz gəliri əldə edib və 138.78 mln. manat qeyri-faiz xərci çəkib. Bununla da onun əməliyyat mənfəəti 123.53 mln. manat olub. 2022-ci ilin eyni dövründə əməliyyat mənfəəti 93.75 mln. manat idi.

2023-cü ilin ilk yarısının sonuna, 30 iyun 2023-cü il tarixinə balansda 356.09 mln. manat bölüşdürülməmiş mənfəət var.

Hesabat dövrünün sonuna aktivlərin həcmi 8 mlrd. 377.65 mln. manat, öhdəliklərin həcmi 7 mlrd. 626.98 mln. manat və cəmi kapital isə 750.68 mln. manat təşkil edib.

22233 2131312

Son xəbərlər
 ⁠
Digər xəbərlər