13 C
Baku
Friday, November 22, 2024

“PAŞA Bank” 2024-cü ilin ilk üç rübündə 554.12 mln. manat gəlir, 146.78 mln. manat xalis mənfəət edib

Ölkənin ən iri korporativ bankı “PAŞA Bank” ASC 2024-cü ilin ilk üç rübü ərzində 554.12 mln. manat ümumi gəlirə qarşı 146.78 mln. manat xalis mənfəət əldə edib.

Banker.az bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Keçən il bankın xalis mənfəətinin həcmi 147.27 mln. manat olmuşdu.

2024-cü ilin yanvar-sentyabr dövründə “PAŞA Bank”ın faiz gəlirləri 359.48 milyon manat olmaqla  ki, bu göstərici 2023-cü ilin eyni dövründən 11 faiz çoxdur. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərindən ibarətdir və bu məbləğ 195.24 milyon manat, ticarət və investisiya qiymətli kağızlardan gəliri isə 102.03 mln. manat olub.

Bankın qeyri-faiz xərcləri isə illik 17 faiz artaraq 268.61 mln. manata yüksəlib.

Beləliklə, ilin ilk üç rübündə 193.31 mln. manat əməliyyat mənfəəti əldə edib.

1 oktyabr 2024-cü il tarixinə bankın kapital balansında 420.85 mln. manat bölüşdürülməmiş mənfəət var.

233344

Son xəbərlər
Digər xəbərlər