5 C
Baku
Thursday, January 15, 2026

“PAŞA Bank” 2025-ci ildə 149 milyon manat xalis mənfəət əldə edib

“PAŞA Bank” ASC 2025-ci ildə 807.97 milyon manat həcmində ümumi gəlirə qarşı 148.9 milyon manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, Bankın cəmi gəlirləri 2024-cü ildə təxminən 729 mln. manat olduğunu nəzərə alsaq illik müqayisədə təqribən 79 mln. manat və ya 10.80% artıb.

Artım əsasən faiz gəlirlərinin yüksəlməsi hesabına formalaşıb. Faiz gəlirləri 2024-cü ildəki 478 mln. manatdan 2025-ci ildə 542 mln. manata yüksələrək təxminən 64 mln. manat və ya 13.40% artım göstərib. Bu artımda müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 265 mln. manatdan 302 mln. manata yüksəlməsi əsas rol oynayıb. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri də 63 mln. manatdan 97 mln. manata çataraq kəskin artıb. Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri isə 21 mln. manatdan 29 mln. manata yüksəlib.

Bununla yanaşı, bəzi istiqamətlərdə azalma qeydə alınıb. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 127 mln. manatdan 115 mln. manata enib. Nəticədə xalis faiz gəliri 2024-cü ildəki 357 mln. manatdan 2025-ci ildə 345 mln. manata düşərək təxminən 12 mln. manat və ya 3.40% azalıb.

Qeyri-faiz gəlirləri isə daha mülayim artım nümayiş etdirib. Bu gəlirlər 251 mln. manatdan 266 mln. manata yüksələrək təxminən 15 mln. manat və ya 6.00% artıb. Əsas artım alınan haqq və komissiya gəlirləri hesabına baş verib: bu göstərici 164 mln. manatdan 174 mln. manata yüksəlib. Xarici valyuta əməliyyatlarından gəlirlər 40 mln. manatdan 42 mln. manata qədər artıb, qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir isə mənfi təxminən yarım mln. manatdan müsbət 1 mln. manata yaxın səviyyəyə yüksəlib.

Xalis mənfəəti 2024-cü illə müqayisədə təqribən 62 mln. manat və ya 29.50% azalıb. Mənfəət vergisindən əvvəlki mənfəət isə 267 mln. manatdan 202 mln. manata enərək təxminən 65 mln. manat və ya 24.30% azalıb. Bu dövrdə mənfəət vergisi də 57 mln. manatdan 53 mln. manata düşüb.

32123123

Son xəbərlər
Digər xəbərlər