6 C
Baku
Tuesday, January 31, 2023

“PAŞA Bank” 38 milyon manatdan çox mənfəət açıqladı

“PAŞA Bank” bu ilin 1-ci rübünü 38 milyon 326 min manat mənfəətlə başa vurdu. Ötən ilin eyni dövründə bankın mənfəəti 18 milyon 786 min manat idi ki, bu da illik müqayisədə 2 dəfən çox artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Yanvar-mart aylarında “PAŞA Bank”ın gəlirləri 97 milyon 804 min manat (illik müqayisədə 12.5% çox), xərcləri 54 milyon 279 min manat təşkil edib.

AKTİVLƏRİ ARTIB, KREDİT PORTFELİ BÖYÜYÜB

Bu il aprelin 1-nə “PAŞA Bank”ın aktivləri 7 milyard 126 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 26% çoxdur. Bunun 2 milyard 662 milyon manatı müştərilərə verilmiş  kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21.2% böyüyüb.

DEPOZİT PORTFELİ KƏSKİN BÖYÜYÜB

“PAŞA Bank”ın öhdəlikləri 28.4% artaraq 6 milyard 554 milyon manata, o cümlədən depozit portfeli 32.4% artaraq 5 milyard 569 milyon manata, balans kapitalı isə 1.3% artaraq 571 milyon 222 min manata çatıb.

p2

p3

Son xəbərlər
Digər xəbərlər
X