15 C
Baku
Cümə, Oktyabr 22, 2021

“PAŞA Bank” 5 milyard manatın astanasında – maliyyə hesabatı

faizlere

Ölkənin aktivlərinin həcminə görə ikinci ən böyük bankı “PAŞA Bank” ASC son bir ildə 401.56 mln. manat və ya 9% böyüyüb.

Bu barədə kommersiya bankının ilin ilk yarımilliyi üzrə açıqladğı maliyyə hesabatlarında deyilir.

Bankın cəmi aktivlərinin həcmi 4 831.91 mln. manat təşkil edib. Göründüyü kimi, PAŞA Bankın aktivlərinin həcmi artıq 5 milyard manatın astanasındadır.

Bank aktivlərinin 1 215.63 mln. manatı qiymətli kağızlar, 1 898.08 mln. manatı müştərilərə verdiyi kredit və 615.72 mln. manatı banklar daxil olmaqla maliyyə institutlarına verilən kreditlərdir.

Depozit

“PAŞA Bank” müştərilərdən cəlb etdiyi depozitlərin həcminin 3 446.95 mln. manat olduğunu açıqlayıb. Bu da son bir il ərzində 5% azalması deməkdir.

Kommersiya bankının cəmi öhdəliklərinin həcmi isə 4 369.13 mln. manat olub.

Gəlirləri böyüyüb

Bank 2020-ci ilin ilk yarımilliyində 105.04 mln. manatlıq faiz gəliri əldə edib, bu gəlirin müqabilində cəmi 21.36 mln. manatlıq faiz xərci çıxıb. Nəticədə bankın xalis faiz gəlirlərinin həcmi 82.83 mln. manat olub ki, öncəki ilin anaoji dövrü ilə müqayisədə 2%-ə yaxın artımdır.

Bununla belə “PAŞA Bank” 2020-ci ilin iyun-yanvar ayları ərzində 42.92 mln. manat qeyri-faiz gəliri, 72.85 mln. manat qeyri-faiz xərci çəkib ki, bu da 52.9 mln. manat əməliyyat mənfəəti ilə yarımilliyi tamamlanması ilə nəticələnib.

Bank əlavə olaraq 12.21 mln. manat problemli kreditlər üzrə ayırma və 11.76 mln. manat mənfəət vergisi xərcindən sonra yarımillikdə 28.92 mln. xalis mənfəət əldə etdiyi məlum olub.

Bankın balansındakı bölüşdürülməmiş mənfəətin həcmi  88.78 mln. manata düşməsinin səbəbi isə 45.42 mln. manatlıq dividentlərə ayırma səbəbindən baş verib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər