7 C
Baku
Tuesday, March 5, 2024

“PAŞA Bank” 6-cı Yay düşərgəsinin tərəfdaşı olub

®Ölkənin aparıcı korporativ maliyyə institutu və sosial layihələrin təşəbbüskarı olan “PAŞA Bank” ADA Universiteti və ADA Fondu tərəfindən 7-ci dəfə təşkil olunan Yay düşərgəsinin tərəfdaşı kimi çıxış edib.

Yay düşərgəsinin əsas məqsədi məktəblilərə fərqli sahələrdə biliklərini genişləndirməyə, dünyagörüşlərini artırmağa şərait yaratmaq, eləcə də yeni dostlar qazanmalarına və yay tətilini səmərəli keçirmələrinə kömək etmək olub.

İnteraktiv şəkildə hazırlanmış proqram çərçivəsində məktəblilər üçün mühazirələr, əyləncəli oyunlar, seminarlar, sahə gəzintiləri, ekskursiyalar, təqdimatlar, sərgilər və idman məşğuliyyətləri hazırlanıb.

Düşərgənin böyük rəğbətlə qarşılanan hissəsi müxtəlif sahələrdə çalışan peşəkarların məktəblilərlə görüşərək öz istiqamətlərinə dair maraqlı məqamları paylaşması olub. “PAŞA Bank”ın Marketinq kommunikasiyası şöbəsinin əməkdaşları Zamin Namazov və Vüqar Bünyadzadə da məktəblilərlə öz təcrübələrini bölüşənlər sırasında yer alıblar. Zamin Namazov rəqəmsal marketinq istiqaməti barədə mühüm məqamlara toxunub. Vüqar Bünyadzadə isə veb-saytların yaradılması və idarə edilməsinə dair məlumatlarla çıxış edib.

pashabank 6 summer camp jul 2022 03

Qeyd edək ki, “PAŞA Bank”ın ADA Universiteti ilə əməkdaşlığı 2018-ci ildən başlayıb. Bankın dəstəyi ilə tələbələr üçün bir çox mühüm tədbirlər, Bankın idarə heyəti üzvləri ilə görüşlər, karyera yarmarkaları, o cümlədən hakatonlar və məlumat sessiyaları də təşkil olunub.

pashabank 6 summer camp jul 2022 04

Son xəbərlər
Digər xəbərlər