9 C
Baku
Friday, December 13, 2024

“PAŞA Bank” 60 milyon manatdan çox xalis mənfəət açıqladı

“PAŞA Bank” 2020-ci ilin üçüncü rübünü 60 milyon 532 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 64 milyon 596 min manat olub. Belə ki, illik müqayisədə “PAŞA Bank”ın mənfəəti 6.3% azalıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında “PAŞA Bank”ın cəmi gəlirləri 225 milyon 975 min manat (illik müqayisədə 14% çox), cəmi xərcləri 135 milyon 258 min manat (26.4% çox) olub.

2020-ci ilin 3-cü rübündə bankın cəmi aktivləri 4 868.96 mln. manat olub ki, bu da illik müqayisədə bankın aktivlərinin 11% artması deməkdir. Bankın müştərilərə verdiyi kredit 2 045.26 mln. manat təşkil edir. Beləliklə, “PAŞA Bank”ın kredit portfeli 22% böyüyüb.

Ötən ilin müvafiq dövrüylə müqayisədə “PAŞA Bankı”n cəmi öhdəlikləri bu il 11.2% artaraq 4 352.56 mln. manat, cəmi kapitalı isə 10% artaraq 516.408 min manat olub. “PAŞA Bank”ın depozit portfeli cari ilin 9 ayında 3 616.21 mln. manat olub ki, bu da illik müqayisədə bankın depozit portfelinin 9.2% artımıdır.

 

Son xəbərlər
Digər xəbərlər