22 C
Baku
Friday, April 26, 2024

“PAŞA Bank” 70 milyon manata yaxın mənfəət açıqladı

“PAŞA Bank” ASC bu ilin 3-cü rübünü 69 milyon 285 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 60 milyon 532 min manat idi.

Banker.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 14.5% çoxdur. Yanvar-sentyabr aylarında “PAŞA Bank”ın gəlirləri 285 milyon 679 min manat, xərcləri 166 milyon 414 min manat, xüsusi ehtiyatlara ayırmaları 32 milyon 36 min manat, mənfəət vergisi ödəmələri isə 18 milyon 869 min manat təşkil edib. Bu il oktyabrın 1-nə “PAŞA Bank”ın aktivləri 6 milyard 68 milyon 42 min manat olub. Bunun 2 milyard 335 milyon 20 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 56,8%-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,2%-i “Ador” MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər