1 C
Baku
Monday, February 26, 2024

PAŞA Bank ABA tərəfindən bir neçə nüfuzlu mükafata layiq görülüb

®Ölkənin aparıcı korporativ bankı PAŞA Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən müsabiqə çərçivəsində bir neçə nüfuzlu mükafata layiq görülüb.

Belə ki, bank seqmentinin bütün iştirakçıları arasında keçirilən müsabiqə zamanı maliyyə institutlarının 2019-2020-ci illərdə əldə etdiyi nəticələr qiymətləndirilib. Müsabiqə nəticələri 19 fevral 2021-ci ildə ABA-nın onlayn formatda keçirilən Ümumi Yığıncağında elan olunub.

2019-cu ilin yekunlarına görə PAŞA Bank “Korporativ sosial məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi”, 2020-ci il ilin nəticələrinə əsasən isə “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron Bankçılıq”, “Korporativ sosial məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyaları üzrə qalib seçilib.

Eyni zamanda, ABA nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının müvafiq nominasiyalar üzrə qiymətləndirilərək mükafatlandırılması da keçirilib. Beləliklə, 2019-ci ilin nəticələrinə əsasən PAŞA Bankın Komplayns və İdarəetmə üzrə baş direktoru Anar Kərimovun rəhbərliyi altında fəaliyyət göstərən “Komplayns üzrə Ekspert Qrupu” “Ən fəal Ekspert Qrupu” adını qazanıb.

021 PASHA Bank awards feb 2021 02

Qeyd edək ki, bazarda daima texnoloji yeniliklərin tətbiqini gerçəkləşdirən PAŞA Bank, 2017-ci ildə “İnnovativ ödəniş həlləri tətbiq edən” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyaları üzrə, 2018-ci ildə isə “Nağdsız ödənişlər üzrə Lider Bank” nominasiyası üzrə mükafata layiq görülüb. Həmin ildə də A. Kərimovun rəhbərliyi altında fəaliyyət göstərən “Komplayns üzrə Ekspert Qrupu” birinciliyi qazanmağa müvəffəq olub.

Son xəbərlər
Digər xəbərlər