12 C
Baku
Saturday, November 23, 2024

“PAŞA Bank” ABA tərəfindən beş nüfuzlu mükafata layiq görülüb

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Bankçılıq mükafatları” müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.

Belə ki, ölkədə bank sektorunun bütün iştirakçıları arasında keçirilən müsabiqədə maliyyə institutlarının 2023-ci il üzrə fəaliyyət nəticələri qiymətləndirilib. Assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən “PAŞA Bank” 5 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb. Belə ki, Bank“Korporativ sosial məsuliyyət”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair marifləndirmə layihələri” və “Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları istiqamətlərində qalib seçilib.

Xatırladaq ki, “PAŞA Bank”, ötən illərdə də ABA tərəfindən “Korporativ sosial məsuliyyət”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” və bir sıra başqa nominasiyalarda qalib olaraq fərqləndirilib.

Son xəbərlər
Digər xəbərlər