“PAŞA Bank” ABŞ-nin dövlət istiqrazlarına investsiyanı kəskin artırıb

“PAŞA Bank” ASC ötən il ABŞ xəzinədarlıq istiqrazlarına investisiyalarını 3.5 dəfə artıraraq onları investisiya portfelinin ən böyük komponentinə çevirib.

Banker.az bunu bankın hesabatına istinadən xəbər verir.

Bankın bu istiqrazlara yatırımları il ərzində 58.9 mln. manatdan 625.55 mln. manata yüksələrək 10.6 dəfə artıb. Bankın ABŞ Xəzinədarlıq istiqrazlarına yatırımları il ərzində 241.57 mln. manatdan (~$142.1 milyon ) 841.49 mln. manata (~ $495 milyon) yüksələrək 3.5 dəfə artıb.

ABŞ Xəzinədarlıq istiqrazları üzrə həmin portfel 182.67 mln. manatdan 215.94 mln. manata yüksələrək 18.2% artıb. Maliyyə təşkilatlarının istiqrazlarına yatırımlar isə 4.91 mln. manatdan 90.69 mln. manata çataraq 18 dəfədən çox artıb.

Azərbaycan Maliyyə Nazirliyinin istiqrazlarına investisiyalar isə 621.33 mln. manatdan 582.38 mln. manata enərək 6.3% azalıb.

Korporativ istiqraz portfeli 81.94 mln. manatdan 205.87 mln. manata yüksələrək 2.5 dəfə artıb. Maliyyə təşkilatlarının istiqrazlarına yatırımlar da 119.34 mln. manatdan 159.32 mln. manata çataraq 33.5% artım göstərib.

Azərbaycan Mərkəzi Bankının notlarına investisiyalar 87.60 mln. manatdan 139.54 mln. manata yüksələrək 59.3% artıb. Digər xarici dövlətlərin istiqrazları üzrə portfel isə 31.50 mln. manatdan 39.41 mln. manata yüksəlib.

Digər ümumi gəlir vasitəsilə ədalətli dəyərlə qiymətləndirilən investisiya portfelində isə Azərbaycan İpoteka Fondunun istiqrazları əsas pay sahibi olaraq qalıb. Lakin bu istiqrazlara yatırımlar 413.72 mln. manatdan 378.10 mln. manata enərək 8.6% azalıb.

Eyni zamanda korporativ istiqraz portfeli 96.84 mln. manatdan 30.85 mln. manata enərək 68.1% azalıb, Azərbaycan Maliyyə Nazirliyinin istiqrazlarına yatırımlar isə 63.01 mln. manatdan 28.97 mln. manata düşərək 54.0% geriləyib.

Ümumilikdə “PAŞA Bank”ın investisiya qiymətli kağızlar portfeli 2025-ci ilin sonunda 2.5 mlrd. manata yüksəlib. Bu göstərici 2024-cü ilin sonundakı 1.76 mlrd. manatla müqayisədə 42.1% artım deməkdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər