20 iyun 2014-cü il tarixindən etibarən “PAŞA Bank” ASC birja üzvü olan “PAŞA Kapital” MMC vasitəsi ilə “Accessbank” QSC-nin ISIN kodu AZ2002004284 olan faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının Bakı Fond Birjasında market-meykerliyinə başlayır.
Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, market meykerin sözügedən istiqrazlar üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 000 manat, alış və satış qiymətləri arasındakıqiymət dəhlizi 5% təşkil edəcək.
Qeyd edək ki, hal-hazırda Bakı Fond Birjasında sözügedən istiqraz buraxılışı da nəzərə alınmaqla 12 istiqraz buraxılışının likvidliyi market meyker kotirovkaları vasitəsi ilə təmin edilir.
Bütün market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində dərc olunur.
Comments are closed.