Paşa Bank öz aktivlərini tarixi pik həddinə çatdırmışdır. Bankın verdiyi məlumata görə, 2014-cü ilin yekunlarına əsasən Paşa Bank-ın gəlirliliyi 10,5% təşkil etmişdir.
Bankın aktivləri dekabr ayında 1159,908 milyon manatdan 1278,732 milyon manata çatmışdır ki, bu da bundan əvvəlki rekord həddi keçmişdir. 2013-cü ilin yekunlarına görə isə bu məbləğ 697,393 milyon, 2012-ci ilin göstəricilərinə görə isə 742,142 milyon manat təşkil etmişdir.
Bankın gəliri vergilərin ödənilməsi və rezervlərin yaradılmasından əvvəl 2015-ci ilin 1 yanvar tarixində 31, 920 milyon manat təşkil edirdi. Bu məbləğ isə 2013-cü ildə 28,351 milyon manat, 2012-ci ildə isə 26,658 milyon manat təşkil edirdi.