25 C
Baku
Thursday, October 9, 2025

“PAŞA Bank” Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransının eksklüziv platin sponsorudur

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Bakıda keçirilən Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransında eksklüziv platin sponsor qismində iştirak edib.

İki ölkənin yüksək rəsmi şəxslərini, biznes liderlərini və maliyyə ekspertlərini 7 oktyabr 2025-cil tarixdə bir araya gətirən tədbir Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən təşkil olunub. Konfransda enerji və yaşıl texnologiyalar, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və qida emalı, eləcə də rəqəmsallaşma kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Azerbaijan German 5

Konfrans zamanı çıxış edən “PAŞA Bank” İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankların ikitərəfli ticarətin inkişafındakı rolunu vurğulayıb və “PAŞA Bank”ın Almaniya və Azərbaycan arasında beynəlxalq layihələrin maliyyələşdirilməsinə və dəstəyinə tam hazır olduğunu bildirib.

“Banklar yalnız maliyyə vasitəçiləri deyil, eyni zamanda iqtisadiyyatlar arasında körpülər quran tərəfdaşlardır. ‘PAŞA Bank’ olaraq biz enerji, logistika, bərpa olunan enerji, sənaye və rəqəmsallaşma kimi sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verməyə hazırıq. Əsas prioritetlərimizdən biri həm Almaniya, həm də Azərbaycan tərəfdən ixracatçı və investorların dəstəklənməsidir ki, kapital ən çox dəyər yaradacaq istiqamətlərə yönəlsin,” – deyə Bəhruz Nağıyev qeyd edib.

Azerbaijan German 5

Azerbaijan German 4

Azerbaijan German 7

Son xəbərlər
Digər xəbərlər