®Müştərilərin ehtiyaclarını daha geniş təmin etmək məqsədi ilə ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” Ani Ödənişlər Sisteminin (AÖS) istifadəsini təmin edən bankların siyahısına qoşulub.
Ödəniş sisteminin əsas funksiyası ödəniş xidmətlərinin korporativ müşləriləri üçün hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24/7 rejimində saniyələr ərzində başa çatdırıla bilməsidir. Sistemdə aparılan əməliyyatlar üzrə avtorizasiya, klirinq və hesablaşmalar vahid tranzaksiya formatında real rejimdə həyata keçirilir.
Beləliklə, bankın müştərilərinə bank hesablarının “Açıq bankçılıq” prinsipləri əsasında məsafəli qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması, habelə hesab qalığı üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə növbəti rahat imkan yaradılmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən yaradılmış AÖS-də əməliyyatlar milli valyutada aparılır. Müştəri hesabının hər hansı başqa bir valyutada olması halında ödəniş bank tərəfindən günün məzənnəsinə uyğun olaraq konvertasiya ilə icra olunur.
Ani Ödənişlər Sistemi haqqında ətraflı məlumatı https://anipay.az veb-sayt vasitəsi ilə əldə etmək mümkündür.