“PAŞA Bank” ASC əlverişli şərtlərlə biznes krediti və ekspert təcrübəsi ilə xidmətinizdədir

Ölkənin aparıcı korporativ bankı olan “PAŞA Bank” ASC yerli bazarda lider mövqeyini qoruyub saxlayaraq bizneslərin inkişafını dəstəkləməyi, bununla da ölkə iqtisadiyyatının tərəqqisinə töhfə verməyi hədəfləyir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Fəaliyyətində dayanıqlı tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verən Bankımız kredit məhsulları və ekspert təcrübəsi ilə xidmətinizdədir.

Belə ki, etibarlı maliyyə tərəfdaşınız “PAŞA Bank” ASC tərəfindən maliyyə ehtiyaclarınızdan asılı olaraq 200 000 manatdan 50 000 000 manata qədər biznes kreditləri 5-16 % ilə 12-120 ay müddətinə verilir.

Təminat razılaşdırma yolu ilə və ya Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə təmin edilə bilər.

Onu da nəzərinizə çatdırırıq ki, İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə faiz subsidiyası da təklif oluna bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs vasitəsi ilə uzun müddətli və daha az faizli kreditlər təqdim edilə bilər.

Kredit məhsulu haqqında daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.