6 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Bank” ASC, balansında olan işlənmiş avtomobilləri hərrac yolu ilə satışa çıxarır

®Hərrac üzrə təkliflərin son qəbul tarixi: 22 Sentyabr 2021-ci il
Hərracın keçirilmə tarixi: 27 Sentyabr 2021-ci il
Hərracın keçirilmə üsulu: Qapalı hərrac – qapalı zərflərdə daxil olmuş təkliflərin bankın müəyyən etdiyi səlahiyyətli qərarvermə orqanında açılması yolu ilə Hərrac üzrə təkliflərin qəbul olunma yeri: Yusif Məmmədəliyev küç., 13 ünvanında yerləşən “PAŞA Bank”ın Baş Ofisinə, Vəliyev Fərhad Əhməd oğlunun adına göndərilməlidir.
Hərrac üzrə təkliflərin qəbul olunma forması:Təkliflər bağlı zərflərdə, üzərində hərracda iştirakla bağlı qeyd, kim tərəfindən göndərildiyi və Fərhad Vəliyevin adına göndərilməsi əks olunmaqla göndərilməlidir.
Avtomobillərin yerləşdiyi ünvan: Yusif Məmmədəliyev küç., 16 (dayanacaq)
Hərrac üzrə minimal təklif məbləği: Hər lot üzrə müəyyən edilmiş başlanğıc satış qiymətindən aşağı olmamalıdır.
Hərracda iştirak etmək üçün hesaba mədaxil olunacaq behin məbləği: 300 AZN (İştirakçı qalib gəlmədiyi halda və ya təklifi hərrac keçirilməzdən öncə geri götürdüyü halda beh geri qaytarılır).

Hərracda iştirak etmək üçün gönədirləcək zərflərdə şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və iştirak edəcəyi lot nömrəsini qeyd etməklə qiymət təklifi ərizəsi (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) və ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

Bu elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd (qəbzin üzərində şəxsin adı, FİN nömrəsi və Ş.V. nömrəsi əks edilməlidir);
fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
şəxslə əlaqə saxlamaq üçün tələb olunan məlumatlar – ünvan və telefon nömrəsi.
təklif şəxslərin nüməyəndəsi tərəfindən göndərildiyi halda, müvafiq etibarnamələr (hüquqi şəxslər üçün şirkət blankında imza möhürlü, fiziki şəxslər üçün notarial qaydada təsdiq edilmiş formada)

Aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:
1. hüquqi şəxs yenidən təşkil, ləğv və ya iflas prosesində olduqda;
2. şəxs özü haqqında dəqiq olmayan məlumat təqdim etdikdə;
3. sənədlər sifarişlərin qəbulu müddəti bitdikdən sonra təqdim edildikdə;
4. ərizə səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə;
5. elanda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda;
6. təklifin hansı lot üzrə verildiyini müəyyən etmək mümkün olmadıqda və ya təklif qiyməti satış qiymətindən aşağı olduqda.

Hərracın qalibinin müəyyən edilməsi qaydası aşağıdakı kimidir:
Daxil olmuş qapalı zərflərdəki təkliflər Bankın müəyyən etdiyi səlahiyyətli qərarvermə orqanında açılır və hər lot üzrə ən yüksək alış qiymətini vermiş şəxs həmin lot üzrə hərracın qalibi elan olunur. Əgər hər hansı bir lot üzrə 2 və daha çox ərizəçinin qiymət təklifi eyni olarsa hər bir ərizəçiyə yazılı müraciət edilir və daha yüksək qiymət təklifi verilməsi üçün 3 iş günü vaxt müəyyən edilir.

Hərrac nəticəsində qalib gəlmiş şəxsə (şəxslərə) yazılı məlumat verilir və 3 iş günü müddətində alış niyyətini təsdiq etməsi tələb olunur. Qalib gəlmiş şəxs alış niyyətini təsdiq etdikdən sonra 5 iş günü müddətində alqı-satqı həyata keçirilir. Qalib gəlmiş şəxs əmlakı almaqdan imtina etdikdə və ya 3 iş günü müddətində alış niyyətini təsdiq etmədikdə, verdiyi beh geri qaytarılmır və həmin əmlak üzrə qalib növbəti ən yüksək alış təklifi vermiş şəxs olaraq müəyyən edilir.

Məsul şəxs: Fərhad Vəliyev – İnzibatçılıq şöbəsinin rəhbəri
Əlaqə nömrəsi: +994 12 496 51 00

Hərraca çıxarılmış avtomobillərin siyahısı:

Lot
Marka / model Dövlət nömrə nişanı Bura-
xılış il
Yürüş (km) Rəngi Vəziy-
yəti
Mühər-
rik
Başlanğıc satış qiyməti (AZN)
1 Toyota Corolla 10 PT 225 2013 179021 Ağ mirvari İşlək 1.6 L 20,000
2 Toyota Corolla 10 PT 224 2013 202046 Ağ mirvari İşlək 1.6 L 20,000
3 Toyota Corolla 10 PT 223 2013 151307 Ağ mirvari İşlək 1.6 L 21,000
4 Toyota Avensis 10 PL 516 2012 131853 Ağ mirvari İşlək 2 L 20,000
5 Toyota Avensis 10 PL 517 2012 261964 Ağ mirvari İşlək 2 L 18,500
6 Toyota Avensis 10 PL 518 2012 121721 Ağ mirvari İşlək 2 L 20,000
7 Toyota Avalon 99 PH 345 2015 201255 Ağ mirvari İşlək 3.5 L 37,760
8 Toyota Avalon 99 PH 378 2015 177625 Ağ mirvari İşlək 3.5 L 38,940
9 Toyota RAV4 10 PT 443 2013 261871 Ağ mirvari İşlək 2 L 29,000
10 Toyota RAV4 10 PT 557 2013 107657 Ağ mirvari İşlək 2 L 33,000
11 MERCEDES BENZ VİTO 116 xüsusi zirehli 90 JV 901 2012 159520 Metallik İşlək 2.2 L 33,000
12 MERCEDES BENZ VİTO xüsusi zirehli 90 JR 901 2011 179433 Metallik İşlək 2.2 L 29,000
13 MERCEDES BENS SPRİNTER-515 TDİ xüsusi 90 JL 901 2007 143626 Metallik İşlək 2.2 L 40,000

Beh məbləğinin köçürülməsi üçün Bank rekvizitləri:
“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti
Kod: 505141
VÖEN: 1700767721
Hesab №: AZ90PAHA45019AZNBL1200000001 (AZN)
SWIFT BIK: PAHAAZ22

Son xəbərlər
Digər xəbərlər