3 C
Baku
Saturday, December 14, 2024

“PAŞA Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib

“PAŞA Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

Bu, Bankın nizamnamə kapitalının 21 511 800 manat və yaxud 6,5% artırılaraq 333 000 000 manatdan 354 511 800 manata çatdırılmasından sonra baş verib.

Belə ki, kapital artımı üçün “PAŞA Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 33 300 manat olan 646 ədəd yeni səhmin 49-nu Bankın əsas səhmdarı – “PAŞA Holdinq” MMC, 597-ni isə digər səhmdar – Arif Paşayev alıb. 3-cü səhmdar – “Ador” MMC isə prosesdə iştirak etməyib.

Son nəticədə “PAŞA Holdinq”in “PAŞA Bank”dakı payı 60%-dən 56,82%-ə, “Ador”un payı isə 30%-dən 28,18%-ə düşüb, A.Paşayevin payı isə 10%-dən 15%-ə çatıb.

Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb.

“PAŞA Bank”ın səhmdarlarının pay bölgüsü
Səhmdarlar Əvvəl İndi
Səhm sayı Faiz nisbəti Səhm sayı Faiz nisbəti
“PAŞA Holdinq” MMC 6 000 60,00% 6 049 56,82%
“Ador” MMC 3 000 30,00% 3 000 28,18%
Arif Paşayev 1 000 10,00% 1 597 15,00%
Cəmi 10 000 100,00% 10 646 100,00%
Nizamnamə kapitalı 333 000 000 manat 354 511 800 manat
MənbəReport
Son xəbərlər
Digər xəbərlər