5 C
Baku
Friday, March 29, 2024

PAŞA Bank “Azərbaycan bazarında alternativ maliyyə alətləri” adlı seminara ev sahibliyi etdi

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank Deloitte Azərbaycan şirkəti ilə əməkdaşlıqda yerli sahibkarlar üçün  “Azərbaycan bazarında alternativ maliyyə alətləri” mövzusunda  seminar keçirdi.

Tədbirin əsas spikerləri qismində PAŞA Bankın Debitorların maliyyələşdirilməsi şöbəsinin rəhbəri Aynurə Piriyeva və Ticarətin maliyyələşdirilməsi şöbəsinin rəhbəri Marat Dustaliyev çıxış etdi. Tədbir əsnasında biznes nümayəndələri və dəvət edilmiş ekspertlər dövriyyə vəsaitlərinin həcminin artırılmasının effektiv mexanizmləri, ticarətin maliyyələşdirilməsinin üstünlükləri, sahibkarlar üçün açılan yeni imkanlar və s. suallar ətrafında müzakirələr apardı.

Qeyd edək ki, tədbirdə 40-dan çox yerli sahibkar iştirak etmişdir.

Son xəbərlər
Digər xəbərlər