16 C
Baku
Friday, April 12, 2024

“PAŞA Bank” Azərbaycanda ilk dəfə “LME Rebar” məhsulu üzrə əmtəə fyuçers müqaviləsi bağlayıb

®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verəcək əməkdaşlıqlara imza atmağa davam edir. Belə ki, Bank, “Almet Holdinq” QSC ilə 200 ton həcmində “LME Rebar” (London Metal Exchange – Metal) məhsulu üzrə əmtəə fyuçers müqaviləsi bağlayıb. Qeyd edək ki, imzalanan bu müqavilə Azərbaycanda ilk dəfə olaraq yer alıb.

Əmtəə məhsulları üzrə fyuçers müqaviləsi, aktivin zamanla qiymət dəyişikliyinin əvəz edilməsinə və ya riski öz üzərinə götürməsinə imkan verən bir maliyyə alətidir. Bu, əsasən metallurgiya, avtomobil, maşın istehsalı, inşaat və gəmiqayırma kimi metaldan geniş istifadə edilən sahələrdə tələb olunan bir məhsuldur. Bu məhsulun köməyi ilə “PAŞA Bank”, metal bazarında baş verən qiymət dalğalanmaları səbəbindən müştərilərin üzləşə biləcəyi riskləri minimuma endirmək niyyətindədir.

Qeyd edək ki, “PAŞA Bank” öz müştərilərinə aşağıdakı əmtəələr üzrə maliyyə bazarlarında risklərin sığortalanmasını təklif edir:

– Metal (Alüminium, mis, dəmir, qurğuşun, nikel, sink, qızıl, gümüş)

– Kənd təsərrüfatı (buğda, kakao, kofe, qarğıdalı, pambıq, soya, şəkər)

– Enerji (neft, qaz, aviasiya yanacağı)

Fəaliyyətinin 15-ci ilini qeyd edən “PAŞA Bank”, iqtisadiyyatının şaxələndirilməsinə və dayanıqlı inkişafının təmin olunmasına töhfə verməyə davam edəcək.

Son xəbərlər
Digər xəbərlər