21 C
Baku
Monday, July 22, 2024

PAŞA Bank azad olunan torpaqlarda təbiətin bərpa layihələrin keçirilməsi dəstək edir

®Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank azad olunmuş torpaqlardakı yenidən salma və yaşıllaşdırma işlərinə öz töhfəsini verməkdə davam edir.

Belə ki, PAŞA Qrup şirkətlərinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan şəhərində 11.000 ağac əkmə aksiyası baş tutub.

PAŞA Bank öz sosial məsuliyyəti çərçivəsi istiqamətində layihələr icra etməyi davam edir,  bu kimi layihələrin daha da iri miqyasda davam edəcəyinə ümid edir və yaxın zamanda Qarabağın tam dirçəlməsinin şahidi olacağına inanır. Qeyd edək ki, PAŞA Qrup şirkətələri öz Korporativ Sosial Məsuliyyət strategiyasının bir hissəsi olaraq azad edilmiş ərazilərin bərpasına böyük önəm verir. Yeni il ərəfəsində, Qarabağda ekologiyanın, xüsusən də meşə səthinin bərpasına həsr olunmuş təşəbbüslərdən sonra bu fikir,  həm PAŞA Qrupa daxil olan şirkətlər, həm də tərəfdaşlar: Qarabağ Dirçəliş Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən müsbət qarşılanıb.

Son xəbərlər
Digər xəbərlər