12 C
Baku
Monday, November 18, 2024

PAŞA Bank Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa dair memorandum imzaladı®

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank daha bir uzunmüddətli əməkdaşlığa imza atdı. Belə ki, PAŞA Bankla Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Müasir təhsil (elm) proqramlarının həyata keçirilməsi sahəsində birgə əməkdaşlıq, tələbələrin Bankda təcrübə keçməsi tərəflər arasında əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən olunub.

Müqaviləni PAŞA Bankın İdarə heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov imzaladılar.

İmzalama mərasimində PAŞA Bankın və Bakı Ali Neft Məktəbinin müxtəlif şöbələrinin rəhbərləri, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisaslarının tələbələri iştirak edib.

PAŞA Bankın əsas hədəflərindən danışan Cəlal Orucov Bankın uğurlu gənclərin yetişməsinə daim dəstək olduğunu və bu səbəbdən BANM-la əməkdaşlığın bu istiqamətdə atılan addımlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, tərəflər birgə layihələrin həyata keçirilməsi sahəsində uğurlu təcrübəyə malikdir. Belə ki, Bakı Ali Neft Məktəbinin bir neçə tələbəsi PAŞA Bankda uğurla təcrübə keçərək, işlə təmin olunublar

Son xəbərlər
Digər xəbərlər